Zaxarova: "Rusiya Azərbaycanla münasibətlərin inkişafını ruh yüksəkliyi ilə izləyir"


Siyasət 07 Sen 2018 14:16:00 280 0

Zaxarova: "Rusiya Azərbaycanla münasibətlərin inkişafını ruh yüksəkliyi ilə izləyir"

Rusiya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafını ruh yüksəkliyi ilə izləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Rusiya Federasiyası subyektlərinin Azərbaycanla çoxplanlı əməkdaşlığı Azərbaycan hökumətinin Rusiya regionlarının hökumətləri ilə sazişləri əsasında inkişaf edir:

"Hazırda 17 bu cür saziş qüvvədədir və bir sıra yeniləri hazırlanır. Azərbaycanla regionlararası əlaqələrin səmərəliliyini aşağıdakı faktlar sübut edir: Bakıda Dağıstanın, Tatarıstanın nümayəndəlikləri, "Ural" Ticarət Evi" QSC, "Tatarıstan" ticarət evi, "Başqırdıstan Hava Yolları", "Perm Hava Yolları", "Pulkovo Hava Yolları", "Samara Hava Yolları", "Ural Hava Yolları" regional aviaşirkətlərinin, "AVTOVAZ"ın rəsmi dileri "Xəzər-Lada"nın, "Vostok Servis" şirkətlər qrupunun nümayəndəlikləri açılıb. Azərbaycan sahibkarları Yessentuki şəhərində sanatoriya-kurort mərkəzinin, eləcə də Krasnodar diyarında ərzaq məhsulları istehsalı zavodunun tikintisinə investisiya yatırıb".

M.Zaxarova əlavə edib ki, yeni layihələrin müzakirə olunduğu məkan hər il keçirilən Rusiya-Azərbaycan regionlararası forumudur və hazırda bu tədbirin sayca doqquzuncusu hazırlanır:

" Potensial çox böyükdür. Bir çox şeylər reallaşdırılır, bir çox şeylərsə hazırlıq mərhələsindədir".