"Azdrama" festivala gedir


Kriminal 07 Sen 2018 13:45:00 320 0

"Azdrama" festivala gedir

Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edəcək.

Son.az bildirir ki, teatrın mətbuat xidmətindən axşam.az-a verilən məlumata görə, 12-16 sentyabr tarixlərində Aktau şəhərində təşkil olunacaq Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalında teatr "İuda" tamaşasını göstərəcək.

Tədbirdə Azərbaycanla yanaşı İran, Türkmənistan, Başqırdıstan, Tatarıstan və Qazaxıstan teatrları qatılacaq. Festival Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik yubileyinə həsr olunub.