Britaniyada "rusiyalı oliqarx ovu" başlandı FOTO


Siyasət 07 Sen 2018 12:40:00 247 0

Britaniyada "rusiyalı oliqarx ovu" başlandı  FOTO

Britaniyada yaşayan rusiyalı milyarderlərin və oliqarxların vəziyyətləri daha da çətinləşib.

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalla qızı Yuliyaya "Noviçok" zəhərləyici maddəsi vasitəsilə sui-qəsd cəhdindən sonra Britaniya ilə Rusiya arasında münasibətlər çox gərginləşmişdi.

Rəsmi London bu sui-qəsd cəhdində Moskvanı suçlayıb. Srağagünsə S.Skripaalla qızına sui-qəsd törətməkdə suçlanan iki şəxsin adı açıqlanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyi (National Crime Agency, NCA) ölkədə varidatı, daşınmaz əmlakları və şirkətləri olan rusiyalı milyarderlər və oliqraxlarla bağlı yeni araşdırmaya başlayır.

"Qara siyahı"da 100 rusiyalının adı var.

Onların arasında Roman Abramoviç, Rusiya Dəmir Yollarının sabiq başçısı Vladimir Yakunin, Elisina Xayrova, İqor Şuvalov, Oleq Deripaska və başqaları var.


Xəbərə aid fotolar