Bakı Şəhər İcra Hakimiyyətində kadr islahatlarına başlanılıb


Siyasət 07 Sen 2018 12:12:00 258 0

Bakı Şəhər İcra Hakimiyyətində kadr islahatlarına başlanılıb

Şöbə müdiri təyin olunub

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr islahatlarına başlanılıb.

“Report” xəbər verir ki, BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müdiri vəzifəsinə Ayaz İmaməliyev təyin olunub.

O, bundan öncə Səbail Rayon İcra HakimiyyətindəSənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

BŞİH-dən "Report"a bildirilib ki, kadr islahatları davam etdiriləcək.

Qeyd edək ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. HazırdaE.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.