Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirildi


Kriminal 06 Sen 2018 17:08:00 299 0

Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirildi

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının - lirik şeirlər toplusunun yeni əlyazma nüsxəsinin surətini əldə edərək Bakıya gətirib.

Son.az Trend-ə istinadən bildirir ki, 140 vərəqdən ibarət, nəstəliq xətti ilə köçürülmüş bu nüsxədə şairin "Nəsimi" təxəllüsü ilə yanaşı, "Hüsuyil", "Seyyid" təxəllüsü ilə yazdığı şeirləri də yer alıb.