Məşhur göz həkimin otağından oğurluq edən keçmiş məhkumun məhkəməsi TƏFƏRRÜAT


Kriminal 05 Sen 2018 22:41:00 312 0

Məşhur göz həkimin otağından oğurluq edən keçmiş məhkumun məhkəməsi  TƏFƏRRÜAT

Nəsimi Rayon Məhkəməsində göz həkiminə qarşı oğurluq edən şəxsin məhkəməsi başlayır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən İsmayılov Firdovsi Davud oğlunun məhkəmə prosesinə hakim Babək Pənahov sədrlik edəcək. 

İttiham aktına görə, Firdovsi İsmayılov, Ulduz Zülfüqar qızı Quliyevanın işlədiyi tibbi klinikada həkimin otağına daxil olaraq ona məxsus qiymətli əşyaları və pul kisəsini oğurlayaraq aradan çıxıb. 

Belə ki, bu il martın 19-u saat 13:50 radələrində, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun 20 yanvar küçəsində yerləşən, "Dobromed" klinikasindan Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. 

Siqnal yoxlanılarkən klinikada həkimin otağından oğurluğa cəhd göstərmiş Tərtər rayon sakini, 1972-ci il təvəllüdlü, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş İsmayılov Firdovsi Davud oğlunu tutulub.  O, sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 19-cu Polis Bölməsinə təhvil verilib.