Azərbaycanda ata və oğlunu avtomobil vurub


Kriminal 05 Sen 2018 22:47:00 324 0

Azərbaycanda ata və oğlunu avtomobil vurub

Ağsu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Son.az "report"-a istinadən bildirir ki, hadisə axşam saatlarında, "Gəgəli dayanacağı" adlanan ərazidə qeydə alınıb.

Belə ki, Binə qəsəbəsi sakini, 1979-cu il təvəllüdlü Fərzəliyev Namiq Atamoğlan oğlunu və onun azyaşlı övladı Fərzəliyev Adəm Namiq oğlunu avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.