Azərbaycanın xalq artisti: "Həyat yoldaşım deyir ki, boşboş danışan ağzıgöyçəklərə fikir vermə" FOTO


Kriminal 05 Sen 2018 21:04:00 421 0

Azərbaycanın xalq artisti: "Həyat yoldaşım deyir ki, boşboş danışan ağzıgöyçəklərə fikir vermə"  FOTO

Xalq artisti Naibə Allahverdiyevanın Son.az-a müsahibəsi.

- Naibə xanım, yay istirahətiniz necə keçdi?

- Mən bütün yayı Nabrandakı evimdə oldum. Demək olar ki, yay istirahətim yaxşı bitmədi. Çünki mənim itimi oğurladılar. 7 ildir ki, mən o itə sahiblik edirdim.

- Nabrandakı evdir, yoxsa villa?

- Mən uzun zamandır ki, orada torpaq sahəsi almışdım. Torpaq sahəsini alanda ora çox pis vəziyyətdə idi. Villa deyil, yarıtikili evdir. Hələ heç tam hazır da deyil. Nabranın havasını mənə həkimlər məsləhət gördü. Çünki oranın havası mənə düşür.

- Keçən il sizin üçün çox çətin il oldu. Həm ananızı itirdiniz, həm də müəyyən psixoloji sarsıntılar keçirdiniz. Depressiyadan necə çıxdınız?

- Məni həmişə Allah qoruyub, o çətin anlarımda da Allah yanımda oldu.

- Elə bir dostunuz, rəfiqəniz olmadı ki, sizə dəstək olsun?

- Təbii ki, insana ürək-dirək verənlər çox olur. Sağ olsunlar yanıma gəlib-getdilər. Mən qapalı insanam, həmişə həyatda özüm ayaq üstə durmağı bacarmışam. Bircə onu demək istəyirəm ki, kim olursansa ol, əsas can sağlığın olsun. Hər zaman olduğu kimi özüm-özümü ayağa qaldırdım. Bu uşaqlıqda da belə idi, indi də. Mən ana-ata himayəsində böyüyən nazlı-duzlu uşaqlardan olmamışam.

- Gözləriniz doldu...

- Bu, mənim özümdən asılı deyil. Mən uşaqlıq görməmişəm. Ona görə də kövrək qəlbliyəm. Uşaq olmaq istəyirəm, qayğısız olmaq istəyirəm. Uşaqlar hər şeyə mavi gözlə baxır, həyatı sevir, həyatdan zövq alır. İnsan uşaqlığını itirəndə kinli, əsəbi olur.

- Həyatda kimə qarşı kininiz var?

- Mən heç kimə kin saxlamıram. Sadəcə olaraq, mən yaralanıram. Unutmuram, həmişə yaralı qalıram. O insanlara pislik etmək fikrim də yoxdur.

- Deyirsiniz ki, nazlı-duzlu uşaq olmamışam. Ümumiyyətlə, sizə sonradan gözəl həyat yaşadan oldu?

- Xeyr!

- Siz axı sevgi dolu xanımsınız.

- Ola bilsin ki, məni sevən var. Onun dediyinə görə...(gülür). Nə isə... Mən o nazı-duzu heç vaxt yaşamamışam. Hamı mənə deyir ki, nazlı xanımsınız. Bu, mənim içimdədir. Övlad öz anasının yanında naz edir, anası onun başından sığal çəkir, atası öpüb-qucaqlayır. Mən onu görməmişəm.

- Sizin bu dedikləriniz məndə elə təəssürat yaratdı ki, siz şəxsi həyatınızdan gileylənirsiniz.

- Mən, ümumiyyətlə, şəxsi həyatım haqqında danışmaq istəmirəm.

- Qadağa qoyublar?

- Xeyr, sadəcə, istəmirəm danışım. Mənim öz dünyam  var.

- O dünyanıza kimləri daxil etmirsiniz?

- Mənim dünyamda bir təkcə özüm varam.

- Başqa insana orada yer yoxdur?

- Mənim dünyam özümlə danışdığım, dərdləşdiyim bir dünyadır. Məni özüm qədər anlaya biləcək, dərdimə çarə qılacaq ikinci bir insan yoxdur!

- Mən bilirəm ki, siz ananızla rəfiqə olmusunuz. Bəs qızınız Məryəm sizinlə dostdur, yoxsa yox?

- Qızım məni hədsiz dərəcədə çox istəyir. Mənim qızımın öz həyatı var, istəmirəm ki, mənimlə çox maraqlansın. Mən istəmirəm ki, problemlərimlə onu incidim. Qızım məndən çox fərqlidir, realistdir.

- Ailə həyatı qurarkən qızınız narazılıq etdi?

- Xeyr, mənim qızım narazı olmadı. O, həmişə deyirdi ki, mən çıxıb ərə gedəcəyəm, sən özünə ailə həyatı qur.

- Ailədən, sənət yoldaşlarınız tərəfindən qınandınız?

- Niyə qınamalıdırlar ki? Kimin nə ixtiyarı var ki, kimisə qınasın?! Hər kəs öz həyatını yaşayır. Mən bu gün xəstələnib, yatağa düşəndə kimsə bəlkə gəlib mənim qapımı döyəcək? Yoxsa kimsə mənə bir tikə çörək verəcək?! Mən cavan qadınam, niyə də evlənməzdim ki? Mənə hamı deyirdi ki, sən tək qadınsan, evlən. Düzdür, bəzi ağzıgöyçəklər yazıb-pozdular. Onların fikri məni qətiyyən maraqlandırmır!

- Həyat yoldaşınız buna əsəbləşmir?


Xəbərə aid fotolar