Kütləvi dava zamanı iki gənc bıçaqlanıb


Kriminal 05 Sen 2018 07:55:00 243 0

Kütləvi dava zamanı iki gənc bıçaqlanıb

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, şəhərin 21-ci məhəlləsi ərazisində bir qrup gənc arasında kütləvi dava olub.

Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunublar.