Ukraynada 4 azərbaycanlı quldurluq yolu ilə 55 min dollar oğurlayıb


Kriminal 05 Sen 2018 07:21:00 304 0

Ukraynada 4 azərbaycanlı quldurluq yolu ilə 55 min dollar oğurlayıb

Ukraynanın Xarkov vilayətinin İzümski Şəhər Məhkəməsi düz yolun ortasında quldurcasına basqın təşkil edən bir Ukrayna və dörd Azərbaycan vətəndaşı barəsində həbs qərarı çıxarıb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə Xarkov Vilayət Prokurorluğu məlumat yayıb.

Hadisə iyunun 9-da İzümski rayonunun Oskol kəndi yaxınlığında baş verib. Qarətçilər "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, "Şkoda" ilə süni qəza törədiblər. "Şkoda"nın sürücüsü maşından çıxanda isə bir neçə maskalı kişi hücum edərək onu döyüb. Sürücü huşunu itirdikdən sonra isə onlar maşından 55 min dollar götürüblər.