“Simurq quşu” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək


Kriminal 04 Sen 2018 12:49:00 340 0

“Simurq quşu” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək

Sentyabrın 20-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində "Simurq quşu" adlı klassik və müasir xoreoqrafiya gecəsi keçiriləcək.

Son.az AZƏRTAC-a  istinadən xəbər verir ki, tədbirin ikinci hissəsində İqor Stravinskinin "Simurq quşu" əsəri nümayiş etdiriləcək. Baletin quruluşçu xoreoqrafı, librettosunun müəllifi və işıq üzrə rəssamı həmvətənimiz Eldar Əliyevdir. Gecədə digər balet səhnələri də onun redaktəsində və quruluşunda təqdim olunacaq.