Ukraynadan Slovakiyaya keçmək istəyən 3 azərbaycanlı saxlanıldı VİDEO


Kriminal 04 Sen 2018 09:38:00 257 0

Ukraynadan Slovakiyaya keçmək istəyən 3 azərbaycanlı saxlanıldı  VİDEO

Ukrayna Dövlət Sərhəd Xidmətinin Çopski dəstəsinin "Ujqorod" şöbəsinin sərhəd keşikçiləri Azərbaycan və Banqladeşdən olan qanunsuz miqrantları saxlayıblar.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd olunur.

"Dövlət sərhədi yaxınlığında naməlum şəxslərin hərəkəti barədə hərbçilərə Ujqorod rayonunun Onokovtsı kəndinin sakinləri məlumat veriblər. Üç azərbaycanlı və bir Banqladeş vətəndaşı sərhəd keçid məntəqəsindən kənar hissədən Slovakiyaya keçmək istəyib. Qanun pozucularından yalnız birinin üzərində şəxsiyyti təsdiq edən sənəd olub. Lakin əcnəbilərin dördü də qanunsuz miqrasiya məqsədi ilə Avropa İttifaqı ölkələrinə düşmək niyyətində olduqlarını etiraf ediblər", - məlumatda bildirilir.