Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu həftəsi”nin açılış mərasimi keçiriləcək


Kriminal 03 Sen 2018 18:20:00 266 0

Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu həftəsi”nin açılış mərasimi keçiriləcək

Sentyabrın 07-dan-10-dək Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın "Kinofest" Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Rusiya Kino Günlərinin açılış mərasimi keçiriləcək.

Son.az xəbər verir ki, açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və "Kinofest" Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.

Açılış mərasiminin rəsmi hisssindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmus fentezi janrında çəkdiyi "Çernovik" bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, Kino Günləri çərçivəsində sentyabrın 08-də rejissor Yekaterina Teleqinanın, azərbaycan aktyorlarınında yer aldığı komediya janrında çəkdiyi "Kilimandjara" filmi, sentyabrın 09-da rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi "Trener" filminin, sentyabrın 10-da Klim Şipenkonun dram janrında çəkdiyi "Salyut - 7" bədii filmi şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.