Moskva Bakı ilə əlaqələri gücləndirir:


Siyasət 03 Sen 2018 12:21:42 278 0

Moskva Bakı ilə əlaqələri gücləndirir:

Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir.

Bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxışında deyib.

Azərbaycan və Rusiyanın dövlət başçılarının görüşləri artıq müntəzəm səciyyəli olaydır. Son üç ayda üç dəfə görüşən prezidentlər dövlətarası münasibətləri müzakirə etməklə yanaşı, Azərbaycanla Rusiya arasındakı əlaqələrin strateji və taktiki istiqamətlərdə inkişaf məsələlərini də təhlil edirlər.

Bu inkişaf uzaq yox, yaxın perspektiv üçün də nəzərdə tutulub.

İyunda Moskvada futbol üzrə dünya çempionatı ərəfəsində, avqustda Qazaxıstanda və son olaraq Soçidəki görüşlər iki ölkənin rəhbərləri arasındakı əlaqalərin çox möhkəm bazaya əsaslandığına dəlalət edir.

Dövlət başçılarının tez-tez bir araya gələrək dailoqun mütəmadi hal alması bərabərhüquqlu tərfdaşlığı gücləndirməklə yanaşı mürəkkəb siyasi proseslərin cərəyan etdiyi bir vaxta region üçün də əhəmiyyətlidir.

Faktiki olaraq Cənubi Qafqazda Rusiya ilə səmərli əmkdaşlıq edən yeganə dövlət Azərbaycandır. Hər iki ölkəni sıx tarixi coğrafi bağlarla yanaşı qarşılıqlı maraqlar da birləşdirir. Yəni Rusiya ilə Azərbaycan arasındakı əlaqələr çoxşəxliyi və əhəmiyyəti baxımından strateji tərəfdaşlıq səviyyəsindədir. Müxtəlif sahələrdə sıx əməkdaşlıq tez-tez görüşlərin keçirilməsini, qarşılıqlı səfərləri və daimi dailoqun saxlanlılmasını zəruri edir.

Hazırda neft-qaz sahəsi nəzərə alınmazsa, Azərbaycanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. Söhbət həm idxalın, həm də ixracın həcmindən gedir. Təbbi ki, Rusiya nəhəng bir ölkədir və onun dünya siyasətində o cümlədən iqtisadiyyatında çəkisi böyükdür. Bununla belə Azərbaycanın kiçik bir ölkə olsa belə, Rusiyanın tərəfdaşları arasında özünə məxsus yeri və böyük əhəmiyyəti var.

Prezident İlham Əliyevin Soçi səfəri bir daha göstərdi ki Rusiya və Azərbaycan arasındakı münasibətlər bərabərhüquqluluq prinsipinə və qarşılıqlı maraqlara söykənir. Hər iki tərəf bundan məmnundur və bu əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. İmzalanan sənədlər isə buna əyani sübutdur. Ortaq sərmayələrin həcminin sürətlə artması əlaqələri daha da möhkəmləndirir. 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var. Onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Digər tərəfdən təkcə bir məqamı vurğulamaq yerinə düşər ki, Şimal Cənub Nəqliyyat Dəhlizinin işə düşməsi ilə İrandan Rusiya istiqamətində daşınan yüklər 100 dəfə artıb və bu, hələ tam potensial deyil.

Ölkələrimiz arasında əmtəə mübadiləsinin artması xarici iqtisadi qarşılıqlı əlaqələrin inkişafının böyük potensialını nümayiş etdirir. Bu yaxınlarda Xəzərin hüquqi statusu haqqında qəbul edilmiş Konvensiya birgə müəssisələrin yaradılması, birgə layihələrin icrası üçün yeni imkanlar açıb.

Siyasi zəmin də çox vacibdir - olduqca mürəkkəb xarici siyasi şəraitdə biləndə ki, böhranlı vəziyyətdə qardaş xalqlar hər zaman çiyin-çiyinə duracaq, onda kollektiv Qərb tərəfdən xarici təzyiqə qarşı müqavimət göstərmək xeyli asan olur. Rusiya ilə Azərbaycan arasında sarsılmaz münasibətlər bütün regionda təhlükəsizliyin əsasıdır.

Azərbaycan Prezidenti milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı yol xəritələrini təsdiq edib və bu istiqamətdə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Qeyri-neft sektorunun inkişafı Azərbaycanla yanaşı, Rusiya üçün də mühüm əhəmiyyət kəsb edir. Bu müstəvidən yanaşanda imzalanan sənədlər arasında yer alan "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum"un, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş"in, "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya" Səhmdar Cəmiyyəti ilə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi" Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi"nin hər iki ölkə üçün qeyri-neft sektorunun inkişafı baxımından müstəsna əhəmiyyət daşıdığını deyə bilərik. Sənaye, nəqliyyat sektoru, turizm qeyri-enerji sektorunun bünövrəsini təşkil edir.

Rusiya-Azərbaycan münasibətləri regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malikdir. Hər iki ölkə regional təhlükəsizlik və əməkdaşlığa xüsusi diqqət yetirir, bu prosesə əhəmiyyətli töhfələr verir. Səfər zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də diqqət mərkəzində oldu. Şübhəsiz ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm rol oynayır. "Hesab edirəm ki, Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində əldə edilmiş razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfələr verəcək

Rusiyanın regionda iqtisadi maraqlarınını artması rəsmi Moskvanın bölgədə sabitliyin qorunmasına daha həssas yanaşmasına gətirib çıxaracaq. Hazırkı şəraitdə isə regionda sabitliyə əsas təhdid məhz Dağlıq Qarabağ münaqişəsidir.

Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini bildirməsi, Azərbaycanın artan önəminə və regionda davamlı sabitliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə diqqət çəkməsi də rəsmi Moskvanın bu istiqamətdə fəallığını artırmaq niyyətində olduğunu göstərir.

İkitərəfli əlaqələrdə xüsusi vurğulanmalı məqamlardan biri də hərbi sahədəki əməkdaşlıqdır. Azərbaycan hərbi gücünün formalaşması və qorunub saxlanılmasında Rusiyadan idxal edilən silah və texnikanın əhəmiyyəti danılmazdır. Rəsmi Bakı bu məsələdə heç bir imtiyaz və güzəşt gözləmir. Konkret öz maliyyə imkanları ilə hərbi gücünü formalaşdırır. Dünyada silah ixracında mühüm yer tutan dövlətlərdən biri olan Rusiya da bunun fərqindədir.

Bütün bu sadalananları ümumişləşdirsək, Prezident İlham Əliyevin Rusiyaya səfərinin qarşılıqlı əlaqlərin daha da inkişaf etdirilməsinə böyük təkan olacağını deyə bilərik. Bunu konkret layihələr və planlar üzrə aparılan müzakirələr, əldə olunan razılaşmalar və imzalanan sənədlər də təsdiq edir.

Orxan Hun Son.az