Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb


Kriminal 03 Sen 2018 08:59:00 223 0

Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Səbail rayonunda baş verib.

Bayıl qəsəbəsində 1970-ci il təvəllüdlü Həsənli Sakit Maarif oğlu "Davud" marketin qarşısında bıçaqlanmış vəziyyətdə huşunu itirərək yerə yıxılıb. O, yaxından keçən şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.