İtaliyalı nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı hansı irəriləyişdən danışır?


Siyasət 31 Avq 2018 15:15:00 227 0

İtaliyalı nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı hansı irəriləyişdən danışır?

ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanes təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var. Görəsən, italiyalı nazir nəyə əsasən belə bir optimist cümlə işlədib? Axı hazırda hansı danışıqlar aparılır ki, həmin virtual danışıqlarda nəticə də olsun? Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın başı hər tərəfdən dərd içindədir, o, özü də dolayısı ilə etiraf edib ki, danışıqlara hələ hazır deyil.

Son.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, italiyalı nazir bunu məsuliyyətdən yaxa qurtarmaq üçün deyir: "Görünür, İtaliyanın xarici işlər naziri, sadəcə, cəbhə bölgəsindəki nisbi sakitlikdən bu qərara gəlib ki, guya vəziyyət normaldır. Almaniya kansleri Angella Merkel də bölgəyə səfəri zamanı atəşkəsə isitnad edərək vəziyyətin normal olduğuna işarə etmişdi. Atəşkəsə istinad yanlışdır. Cəbhə bölgəsində istənilən an hər şey baş verə bilər. Bundan heç bir tərəf sığortalanmayıb. İtaliya ATƏT-in sədri kimi münaqişənin həllinin sürətləndirilməsi üçün heç nə təklif etmir. Məsuliyyətdən yaxa qurmarmaq üçün də "danışıqlarda irəriləyiş var" kimi beynəlxalq aləmə yanlış mesaj göndərirlər. Fikrimcə, Azərbaycan XİN cavab açıqlaması ilə danışıllarda heç bir irəriləyişin olmadığını bildirməlidir, əks halda ətrafdakılar İtaliyanın xarici işlərin nazirinin sözlərinə inanacaqlar".

İlkin İzzət Son.az