Elmar Vəliyev vəzifəsindən niyə azad olundu?


Siyasət 28 Avq 2018 16:06:00 289 0

Elmar Vəliyev vəzifəsindən niyə azad olundu?

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən azad olundu, onun yerinə Niyazi Bayramov təyin olundu.

Xatırladaq ki, N.Bayramov bundan əvvəl Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsini tuturdu. Etibarlı mənbədən aldığımız məlumata görə, E.Vəliyevin vəzifədən alınması qərarı ona qarşı törədilmiş sui-qəsdən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlıdır. Belə ki, sözügedən görüntülər də sabiq merin hələ tam sağlamlığa qovuşmadığını göstərir. Həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin uzun zaman tələb etdiyini bildirirlər. Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlamaq məqsədəuyğun hesab olunmur.

Eyvaz Son.az