Prezident İlham Əliyev Gədəbəyə yeni icra başçısı təyin etdi


Siyasət 28 Avq 2018 15:39:00 255 0

Prezident İlham Əliyev Gədəbəyə yeni icra başçısı təyin etdi

Prezident İlham Əliyev İ.Ə.Mustafayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.