Paytaxtda və regionlarda əməliyyat:


Kriminal 25 Avq 2018 19:53:00 259 0

Paytaxtda və regionlarda əməliyyat:

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən əməliyyat keçirilib.

Son.az xəbər verir ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərinin ərazisində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Həsənovdan 230 qram heroin götürülüb.

Daha bir əməliyyat Goranboy rayonunda keçirilib.

Əldə edilən məlumat əsasında Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sarovlu kənd sakini Xəqani Rzayev saxlanılıb.