Azərbaycanlı aktyor: "Yolda biri məni saxlayıb dedi ki, mənim qızlarım da, kürəkənlərim də səninkilər kimidir" FOTO


Kriminal 21 Avq 2018 21:03:00 544 0

Azərbaycanlı aktyor: "Yolda biri məni saxlayıb dedi ki, mənim qızlarım da, kürəkənlərim də səninkilər kimidir"  FOTO

Aktyor Teymur Məmmədovun Son.az-a müsahibəsi.

- Teymur bəy, sizi Şuşa Dövlət Dram Teatrının yaradıcılarından biri kimi tanıyırıq. İstərdim söhbətimizə bu teatrdan danışmaqla başlayaq.

- Mən 1982-ci ildə Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyoru fakültəsini bitirmişəm. Görkəmli sənətkar Nəsir Sadıqzadənin kursunda təhsil almışam. Uzun illər Şuşa Dövlət Mədəni Maarif texnikumunda ixtisas müəllimi işləmişəm. Sənət yoldaşlarımla birlikdə çalışıb-vuruşduq, dərnək səviyyəsində olan Şuşa Dövlət Dram teatrının yaradıcıları olduq.

- Teatr, kino yoxsa serial?

- Teatr məbəddir, iş yerimizdir. Necə ki, balıq sudan ayrı yaşaya bilmir, aktyor da teatrdan ayrı yaşaya bilməz. Amma dolanışıq üçün, yaşayış üçün seriala da, filmlərə də çəkilmək lazımdır.

- Uzun illərdir ki, "Qız atası" serialında çəkilirsiniz. 4 qız atası olmaq çətin deyil ki?

- Xeyr, vallah yox. Bu günlərdə biri məni yolda saxlayıb dedi ki, mənim qızlarım da, kürəkənlərim də səninkilər kimidir. Həyatda da 4-5 qız atası olan valideynlər var. Gözəl sənətkarımız Allahverdi Yolçuyevi misal göstərə bilərəm. 4-5 qızı yerbəyer edib, onları ər evinə köçürən atanın yeri cənnətlikdir.

- Teymur Məmmədov həyatda necə insandır?

- Sənət adamları necə, mən də elə. Biz sadə, səmimi adamlarıq. Bizi tez inandırıb, aldadıb, küsdürmək mümkündür. Əlimizdə olanlarla qane olan adamlarıq. Mən göründüyüm kimiyəm, həyatda fərqli biri deyiləm.

- Tez aldanıb, küsmüsüz?

- (Əynindəki geyimi göstərərək). Üzr istəyirəm, bu materialdan köynək olar da?! Bu materialdan şuba tikmək olmaz kı! Bu da mənim materialımdır. Allahın mənə verdiyi bir xüsusiyyətdir. Mənim əlimdən çox iş gəlir, amma pul qazanmaq mənlik deyil.


Xəbərə aid fotolar