Həmyerlisinə oraqla xəsarət yetirib


Kriminal 17 Avq 2018 22:44:00 227 0

Həmyerlisinə oraqla xəsarət yetirib

Qazaxda mübahisə edən şəxslərdən biri digərinə oraqla xəsarət yetirib.

Son.az "report"-a istinadən bildirir ki, 27 yaşlı Elmar Musa oğlu Sarıyev rayonun Xanlıqlar kəndində öz tanışı ilə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.

Bu zaman tanışı onu oraqla vurub. Müxtəlif bədən xəsarətləri alan M.Sarıyev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.