Bakıda uşaq oğrusu PEYDA OLDU VİDEO


Kriminal 17 Avq 2018 21:14:00 356 0

Bakıda uşaq oğrusu PEYDA OLDU  VİDEO

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

Son.az bildirir ki, hadisə paytaxtın Yeni Yasamal yaşayış massivində olub. Azyaşlını oğurlama istəyən şəxsin çirkin əməli təhlükəsizlik kameralarına da düşüb.

Bu barədə sosial şəbəkədə azyaşlının valideyni Ramin Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə 11 avqust axşam saatlarında yaşadıqları binanın həyətində baş verib. Raminin sözlərinə görə, oğlu evə gələrək atasına onu oğurlamaq istədikələrini bildirib.

Ata əvvəlcə oğluna inanmayıb. Lakin binanın həyətində olan bir nəfər uşağın dediklərini təsdiqləyib. Bundan sonra o, ''102'' xidmətinə məlumat verib. Hadisə yerinə gələn ərazi üzrə 29-cu polis şöbəsinin əməkdaşları yaxınlıqdakı mağazanın müşahidə kameralarını izləyiblər. Bu zaman həqiqətən də bir cavan oğlanın uşaqla söhbət etdiyi və onu aparmaq istədiyi görünür.

Görüntülərdən aydın olur ki, uşaq əvvəlcə həmin şəxsin danışıqlarından sonra kənara çəkilir. Daha sonra uşağı oğrulamaq istədiyi iddia edilən həmin şəxs yenindən uşağa yaxınlaşıb və qolundan tutaraq aparmaq istəyir.