Rusiya və Tükiyə müdafiə nazirləri Suriyanı müzakirə etdilər


Siyasət 17 Avq 2018 16:37:00 250 0

Rusiya və Tükiyə müdafiə nazirləri Suriyanı müzakirə etdilər

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, Moskvada keçirilmiş görüş zamanı regional təhlükəsizlik, Suriyadakı vəziyyət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd olunur ki, danışıqlar əsasən Suriyada humanitar vəziyyətin nizamlanması, o cümlədən qaçqınların qayıtması ilə bağlı məsələlərə həsr olunub.

Bundan başqa, Rusiya və Türkiyə müdafiə qurumlarının qarşılıqlı fəaliyyəti də müzakirə mövzusu olub.