"Qanuni oğru"ya xəbərdarlıq edildi


Kriminal 14 Avq 2018 16:24:00 286 0

"Qanuni oğru"ya xəbərdarlıq edildi

"Taro" ləqəbi ilə tanınan "qanuni oğru" Tariyel Onianini həbsxanadan azad olunduqdan sonra Rusiya ərazisini tərk etməyə məcbur edirlər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin göstərişinə əsasən, cəzasının 10 ilini "Qara delfin"də çəkən "qanuni oğru" bu haqda avqustun 6-da məlumatlandırılıb. "Taro" ölkəni tərk etməyəcəyi təqdirdə isə deportasiya olunacaq.

Bu xəbər "Taro"nun bütün planlarını alt-üst edib. Onun reaksiyası videogörüntülərdə də öz əksini tapıb. Belə ki, o, hüquq mühafizə orqanlarının əməkdaşlarına etirazını bildirib. Amma "qanuni oğru"ya izah edilib ki, bu, şəxsən daxili işlər nazirinin göstərişidir və vəkilləri vasitəsilə qanuni qaydada şikayət verə bilər.