"Batabat"da mahnıya görə adam bıçaqlayan şəxsin işi


Kriminal 13 Avq 2018 15:56:00 209 0

"Batabat"da mahnıya görə adam bıçaqlayan şəxsin işi

Yeyib-içdikdən sonra kafedə adam bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, A.Şükürov "Azərsu" ASC-də sürücü vəzifəsində çalışıb.

Bıçaqlanan şəxs Rufan Hüseynov məhkəmədə iştirak etməyib. Təqsirləndirilən Şükürov zərərçəkmişlə barışdığını deyib.

Məhkəmədə bıçaqlanma baş verən kafedə müğənnilik edən Günay İbrahimova ifadə verib. O, istintaqa ifadəsini təsdiqlədiyini deyib. Qeyd edib ki, davanı görməyib. Amma söyləyib ki, hadisədə A.Şükürovun günahı yoxdur.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Növbəti prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyəcək.