Kütləvi dava olub, toydan çıxan oğlan ölümcül döyülüb


Kriminal 13 Avq 2018 07:28:00 244 0

Kütləvi dava olub, toydan çıxan oğlan ölümcül döyülüb

Ağstafa rayonunda kütləvi dava olub, toydan çıxan 27 yaşlı oğlan ölümcül döyülüb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib. Toy mərasimindən çıxan, 1991-ci il təvəllüdlü Nurlan Mahir oğlu Haqverdiyev yolda tanımadığı şəxslər tərəfindən ölümcül döyülüb. Kütləvi dava zamanı onunla bərabər Qazax rayon Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Qaramollayev Elmir Mayıl oğlu da döyülüb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan N.Haqverdiyevin vəziyyətinin ağır olduğu bildirilir. O, boğazından aldığı zərbədən nəfəs almaqda çətinlik çəkdiyi deyilir.