Azərbaycanda ata qızını döyüb


Kriminal 12 Avq 2018 22:20:00 265 0

Azərbaycanda ata qızını döyüb

Ağstafa rayonunda ata qızını döyərək ona xəsarət yetirib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Azadə İlqar qızı Bukavadze atası tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən A.Bukavadzenin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəyə isə ailə daxili münaqişənin səbəb olduğu bildirilir.