Aktauda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib


Siyasət 11 Avq 2018 23:15:46 277 0

Aktauda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib

XİN başçıları Xəzər sammitinə hazırlıq işlərinə yekun vurublar

Beşinci Xəzər sammiti ərəfəsində Aktauda Qazaxıstan tərəfinin sədrliyi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib.

"Report" Qazaxıstan XİN-ə istinadən xəbər verir ki, müşavirədə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak ediblər.

XİN başçıları "Xəzər beşliyi"nin qarşıda duran yüksək səviyyəli görüşünə hazırlıq işlərinə yekun vurublar.