Bakıda restoranda silahlı insident: ölən və yaralanan var FOTO


Kriminal 10 Avq 2018 07:52:00 273 0

Bakıda restoranda silahlı insident: ölən və yaralanan var  FOTO

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.


Xəbərə aid fotolar