Təzəpir məscidi kompleksində təmirbərpa və yenidənqurma işlərinə 2,0 milyon manat ayrılıb


Siyasət 07 Avq 2018 18:10:00 299 0

Təzəpir məscidi kompleksində təmirbərpa və yenidənqurma işlərinə 2,0 milyon manat ayrılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2,0 milyon manat ayrılıb.

Son.az