Məşhur mafiya lideri və sevgilisi İstanbulda tutuldu


Kriminal 05 Avq 2018 13:12:00 431 1

Məşhur mafiya lideri və sevgilisi İstanbulda tutuldu

"İnterpol" tərəfindən qırmızı bülletenlə axtarılan bolqar mafiya lideri Dimitar Zelyazkov sevgilisi və 6 adamı ilə birlikdə İstanbulda həbs edilib.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, cinayətkar lider İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən Bakırköy ərazisində yerləşən oteldə həbs edilib.

Polis şöbəsinə aparılan qrupun rəhbəri Zelyazkov həbsxanaya göndərilib, digər 6 nəfər Bolqarıstana deportasiya edilib və dərhal bolqar polisi tərəfindən həbs edilib. Mafiya tərkibinə daxil olan türk əsilli digər şəxs isə azadlığa buraxılıb. 


Xəbərə aid fotolar