Rövşən Lənkəranskinin tərəfdarları hakim qarşısında


Kriminal 04 Avq 2018 13:58:00 245 0

Rövşən Lənkəranskinin tərəfdarları hakim qarşısında

Quldur dəstəsi yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının barəsində olan hökmdən verilmiş şikayət üzrə məhkəmənin vaxtı açıqlanıb.

Son.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən prokuror tərəfindən apelyasiya protesti verib.

Prokuror şikayətdə təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması tələb edib. Prokurorun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Namiq Məmmədovun icraatına verilib.

İlkin baxış iclası avqustun 10-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il və Elməddin Şahbazov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Namiq Babayevin barəsində 1 il 2 ay cəza təyin edilib. Onun həmin təyin olunan cəza müddətini istintaq və məhkəmə dövründə çəkdiyi nəzərə alınıb və məhkəmə zalından azadlığa buraxılıb.