“Əlimə keçənlə arvadın başına vurdum” Narkotik üçün sırğa oğurlayan şəxsin etirafları VİDEO – FOTO


Kriminal 01 Avq 2018 13:15:00 406 0

“Əlimə keçənlə arvadın başına vurdum”  Narkotik üçün sırğa oğurlayan şəxsin etirafları  VİDEO – FOTO

Paytaxtın Nizami rayonunda qadına qarşı quldurluq edilib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verib. Qadın izahatında rayonun Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib. Məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adıgözəlov Azər Ağa oğlu saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı onu qadına sellofan paketin içində gizlətdiyi daş parçası ilə xəsarət yetirdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Azər Adıgözəlov - Saxlanılan şəxs: "Yolnan gedirdim, bilmirəm daş idi, nə idisə əlimə keçdi onunla arvadı vurdum. Əməlimdən peşmanam. Niyyətim o idi ki, arvadın sırğasını aparıb satıb, pulunu narkotikə verəcəkdim" Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar