"Atamı həkimlər bu vəziyyətə salıblar" Həsənağa Sadıqovun oğlu


Kriminal 01 Avq 2018 05:30:00 504 0

"Atamı həkimlər bu vəziyyətə salıblar"  Həsənağa Sadıqovun oğlu

Tanınmış musiqiçi, əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun ailəsi sənətkarı müalicə edən həkimlərdən narazıdır.

Son.az xəbər verir ki, H.Sadıqovun oğlu Elşən Sadıqov "ölkə.az"-a bildirib ki, məşhur musiqiçinin bu vəziyyətə düşməsinin səbəbkarı tibb işçiləridir:

"Atamı həkimlər bu vəziyyətə salıblar. Əvvəlcə dedilər ki, belində yırtıq var. Sonra bildirdilər ki, hepatit  xəstəliyindən əziyyət çəkir. Dedim ki, onda qanını təmizlətdirək.  Mən artıq bu həkimlərə inanmıram. Allah köməkləri olsun. Onlar mənim atamı bu vəziyyətə qoyublar".