Qazaxda "Opel"dən 751 ədəd pirotexniki vasitə tapıldı


Kriminal 31 İyl 2018 14:48:00 284 0

Qazaxda "Opel"dən 751 ədəd  pirotexniki vasitə tapıldı

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük komitəsindən Son.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Opel Vectra" markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb.

Vətəndaş Elşad Əhmədovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada pirotexniki vasitələrin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.