Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları 2018” yarışlarının açılış mərasimində iştirak etdi


Siyasət 28 İyl 2018 17:55:00 308 0

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları  2018” yarışlarının açılış mərasimində iştirak etdi

Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 28-də Alabino hərbi poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2018" yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Son.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən "Dəniz kuboku" ilə yanaşı Rusiyada "Tank biatlonu" və "Səhra mətbəxi", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" və Belarusda "Snayper həddi" müsabiqələrində iştirak edirlər.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən "Dərinlik" və Rusiyada təşkil olunan "Qoşun kəşfiyyatı əlaçıları" müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.


Xəbərə aid fotolar