Prezident İlham Əliyev Mərakeş Kralını təbrik etdi


Siyasət 28 İyl 2018 17:23:00 250 0

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əziz Qardaşım, Milli bayramınız - Taxt-Tac Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Mərakeş münasibətlərinin hərtərəfli inkişafı və daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Son.az