Azərbaycanda səkkiz həftəlik hamilə qadını ərinin qohumları döyüb VİDEO


Kriminal 27 İyl 2018 21:35:00 392 0

Azərbaycanda səkkiz həftəlik hamilə qadını ərinin qohumları döyüb  VİDEO

Tovuzda hamilə qadın amansızlıqla döyülüb.

Son.az bildirir ki, hadisə Tovuzun Köhnə Qala kəndində baş verib. Kənd sakini, 29 yaşlı Sevinc Allahverdiyeva müxtəlif bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qadına lazımi tibbi yardım göstrilib, vəziyyəti kafidir.

Səkkiz həftəlik hamilə qadın ərinin qohumları tərəfindən döyülüb. Hadisəni törədənlər Sevinc Allahverdiyevanın dünyasını dəyişmiş analarını təhqir etdiyini iddia ediblər və bu səbəbdən də onu döydüklərini deyiblər.