Mariya Zaxarova: "Beynəlxalq KİV-də Azərbaycana qarşı kampaniyalar keçirilir"


Siyasət 27 İyl 2018 13:08:45 258 0

Mariya Zaxarova: "Beynəlxalq KİV-də Azərbaycana qarşı kampaniyalar keçirilir"

Rusiya XİN-in sözçüsü: "Bu gün dünya daha çox saxta xəbərlər və söz azadlığına məhdudiyyətlərlə üzləşir"

Azərbaycan və Rusiya informasiya siyasəti məsələləri üzrə beynəlxalq səviyyədə sıx əməkdaşlıq etmək niyyətindədirlər.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, bu gün dünya daha çox saxta xəbərlər və söz azadlığına məhdudiyyətlərlə üzləşir.

"Buna baxmayaraq, ölkələrimizdəki jurnalistlərin rahat şəraitdə işlədiyini görürük. Sifarişli və saxta xəbərlərə gəlincə, nümunə kimi, beynəlxalq KİV-də Azərbaycana qarşı keçirilən kampaniyaları göstərmək olar", - M.Zaxarova vurğulayıb.