Bakıda I Beynəlxalq Folklor Festivalı keçirildi


Kriminal 24 İyl 2018 19:48:00 236 0

Bakıda I Beynəlxalq Folklor Festivalı keçirildi

21-24 iyul tarixlərində Bakıda "Children is our future" adlı I Beynəlxalq Folklor Festivalı keçirilib. Festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı  mədəni əlaqələrin daha da möhkəmləndirilməsidir.

İyulun 21-də Spring oteldə Festivalın acılış mərasimi baş tutub. Festivalda Azərbaycanı, Hindistanı və Gürcüstanı təmsil edən "Aysel", "Bobby", "Vardiza" rəqs qrupları iştirak ediblər.