"Erməni naziri təbrik etməyim Türkiyənin mövqeyində hər hansı dəyişiklik anlamına gəlmir"


Siyasət 24 İyl 2018 19:20:00 333 0

"Erməni naziri təbrik etməyim Türkiyənin mövqeyində hər hansı dəyişiklik anlamına gəlmir"

Erməni naziri təbrik etməyim Türkiyənin mövqeyində hər hansı dəyişiklik anlamına gəlmir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

M.Çavuşoğlu bildirib: "Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanı AŞ PA-da işləyən zaman tanımışam. Onu nazir seçilməsi münasibətilə təbrik etməyimə gəlincə, bu dəfə NATO sammiti çərçivəsində Brüsseldə ayaqüstü görüşdük və salamlaşan zaman onu elə ayaqüstü təbrik etdim. Bu qədər. İndi ermənilər bunu qabartmağa çalışırlar. Sadəcə ayaqüstü təbrik etmişəm, bu o demək deyil ki, Türkiyənin mövqeyində hər hansı dəyişiklik ola bilər".

Nazir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır: "Azərbaycanın verdiyi hər bir qərarı dəstəkləyirik".