İranın hərbi gəmiləri Bakıya gələcək


Siyasət 24 İyl 2018 10:08:38 268 0

İranın hərbi gəmiləri Bakıya gələcək

Azərbaycanda dəniz atışları üzrə yarış keçiriləcək

İran Hərbi Dəniz Qüvvələri Azərbaycanda keçiriləcək dəniz atışları üzrə yarışda iştirak edəcək.

"Report" "MehrNews"a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Donanmasının komandiri, kontr-admiral Hosseyn Xanzadi bildirib.

"Yarışın əsas məqsədi Xəzər hövzəsi ölkələri arasında dostluq və yaxınlıq əlaqələrini gücləndirməkdir", - Xanzadi deyib.

O xatırladıb ki, turnir çərçivəsində müxtəlif ölkələrdə Dəniz Piyadaları Kuboku keçiriləcək.

Kontr-admiral vurğulayıb ki, Azərbaycanda dəniz dalğıclığı üzrə əsas çempionatla yanaşı, atışlarla bağlı yarışlar keçiriləcək və bu məqsədlə İran iyulun 24-də Bakıya iki hərbi gəmi göndərəcək.