"Azərbaycan da Fransa üçün əhəmiyyətli ölkədir"


Siyasət 21 İyl 2018 18:20:00 341 0

"Azərbaycan da Fransa üçün əhəmiyyətli ölkədir"

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri olduqca mühüm əhəmiyyətli bir səfər idi.

Bunu millət vəkili Hikmət Babaoğlu Son.az-a açıqlamasında Prezident İlham Əliyevin Fransaya ən son səfərini dəyərləndirərkən bildirib:

"Bu səfər bir neçə səciyyəvi aspektləri ilə Azərbaycan üçün yadda qalan oldu. Əgər bunları sıralamağa çalışsaq, yəqin ki, hər şeydən öncə səfərin siyasi tərəfləri önə çıxar və Ermənistan, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün gələcəkdə yaxşı zəmin yarada bilməsi ilə qiymətləndirilə bilər. Çünki Fransa ATƏT-in Minsk Qrupunun həmdərlərindən biridir və işğalçı Ermənistanla tarixən formalaşmış isti münasibətləri var. Bu isə həm də  onun Ermənistana təsiretmə imkanlarının olması deməkdir. Ona görə də bu ölkə ilə daha dərin strateji münasibətlərdə olmamız Fransanın bizim daha yaxın müttəfiqimiz olması mənasına gəlir. Azərbaycan bu həssas istiqamətdə daima xüsusi  siyasi -diplomatk iş aparır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Fransaya rəsmi səfəri işğalçı Ermənistanın da mətbuatının diqqət mərkəzində oldu və hətt bəzi mətbu orqanlar Fransanın Ermənistanı satdığı ilə bağlı müəyyən xəbərlər belə yazdılar.

İkinci mühüm məsələ iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar aspektindən qiymətləndirilməsidir. Fransa Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir və bu münasibətlərin potensialı olduqca çoxşaxəlidir. Nəzərə almaq lazımdır ki, Fransa  öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyinə" daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-nin 5%-ni və dünya ticarətinin 6%ni formalaşdırır. Avropada umumi iqtisadi göstəricilərinə görə isə  Almaniyadan sonra ikinci yerdə durur. Bütün bunlar kifayət qədər cəlbedicidir və Azərbaycan kimi dinamik və inkişaf edən iqtisadiyyata sahib olan bir ölkənin diqqətini cəlb etməyə bilməz. Əgər biz buraya Fransa iqtisadiyyatının yüksək sənaye və ən modern texnalogiyalar əsasında formalaşdığı faktorunu da əlavə etsək, o zaman iqtisadiyyatımızın inkişafı üçün bu ölkənin potensialından nə qədər faydalana biləcəyimizi açıq görə bilərik. Elə Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir. Çünki ölkəmizdə münbit sərmayə mühiti var, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında iqtisadiyyatımız üçün optimist proqnozlar verilir ki, bu Azərbaycanı Franca şirkətləri çün cəlbedici edir. Təsadüfi deyildi ki, Azərbaycan Prezidentinin səfərinə Fransanı aparıcı şirkətləri çox böyük maraq göstərirdilər. Azərbaycan Prezidenti İlham Əliyev Fransada dostcasına qarşılandı və xüsusi diqqətlə əhatə olundu.

Səfər zamanı Azərbaycan Prezidenti Fransa Prezidenti Emamnuel Makron, Fransa senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Azərbaycan Prezidentinin səfərinə göstərilmiş yüksək diqqət Azərbaycan Prezidentinin simasında Azərbaycan dövlətinə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir Səfər Azərbaycan Prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi baxımdan da əhəmiyyətli oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki ,səfər zamanı 2.3 milyard dollarlıq anlaşmalar imzalandı və bu anlaşmalar ölkəmizə olduqca böyük iqtisadi  dividentlər qazandıracaq. 

Başqa əhəmiyyətli bir məsələ isə ondan ibarətdir ki, Fransa Avropa siyasətini  müəyyənləşdirən böyük beşlik adlandırılan ölkələrdən biridir.Onun Avropa İttifaqı çərçivəsində də söz sahibi olması faktorunu da nəzərə alsaq bu ölkə ilə münasibətlərin bizim üçün nə dərəcədə əhəmiyyətli olmasını görə bilərik.Azərbaycan Avropa ittifaqı ilə tətəfaşlığın prioritetləri haqqında sənədi paraflayıb və ittifaq üzvü olan dövlətlərlə yeni keyfiyyətdə münasibətlərə başlayacaq.Eyni zamanda bu sənəddə önə şıxan ən əsas məsələlərdən bir Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin  üzv olkələr tətəfindən tanınması məsələsidir.Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin  Fransaya səfəri ölkəmizin milli maraqları  və təhlükəsizliyinin təmin olunması baxımında olduqca əhəmiyyətli bir səfər kimi qiymətləndirilməlidir". İlkin İzzət Son.az