Səfir: AzərbaycanTürkiyə münasibətləri "bir millət iki dövlət" prinsipinə əsaslanıb


Siyasət 21 İyl 2018 11:27:00 318 0

Səfir: AzərbaycanTürkiyə münasibətləri "bir millət  iki dövlət" prinsipinə əsaslanıb

Azərbaycan-Türkiyə münasibətləri "bir millət - iki dövlət" prinsipinə əsaslanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin dünyaya, eyni zamanda qardaş toplumlara çatdırılmasında medianın rolu çox böyükdür.

E.Özoral vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri fərqli müstəvidədir: "İki ölkə arasında əlaqələr "bir millət - iki dövlət" prinsipinə əsaslanıb".

Diplomat bildirib ki, 2018-ci il iki ölkənin münasibətlərində çox mühüm il olub.