“Ailəsi Məmmədbağır Bağırzadəni Fəxri Xiyabanda dəfn etməyə qoymadı”


Kriminal 21 İyl 2018 10:02:00 298 0

“Ailəsi Məmmədbağır Bağırzadəni Fəxri Xiyabanda dəfn etməyə qoymadı”

Bu gün xalq artisti, mərhum müğənni Məmmədbağır Bağırzadənin doğum günüdür.

Son.az xəbər verir ki, sənətkarın yaxın dostu, tanınmış şair Vüqar Əhməd Yenicag.az-a açıqlamasında xalq artisti ilə bağlı maraqlı faktlar açıqlayıb:

"55 yaşının tamamına bir həftə qalmış zəng elədi ki, yubileyimlə bağlı AzTV-də veriliş hazırla. Mən də həmin ərəfədə ailəmlə birgə İrana istirahətə yollanacaqdım. Dedim ki, artıq hazırlaşmışıq, yola çıxırıq. Xahiş etdi ki, qal, yoxsa səndən inciyərəm. Qaldım və gözəl bir veriliş hazırladıq. Ayrılanda məni qucaqladı və dedi ki, haqqını halal elə, ölüm-itim dünyasıdır. Veriliş efirə getdi, oktyabrın 30-da dünyasını dəyişdi.