Bakıda “Milyarderlər klubu” adlı qalmaqallı filmin nümayişi keçirildi


Kriminal 20 İyl 2018 17:10:00 362 0

Bakıda “Milyarderlər klubu” adlı qalmaqallı filmin nümayişi keçirildi

18 iyul tarixində, dünya premyersından bir gün əvvəl, Park Cinema Park Bulvarda "Milyarderlər Klubu" adlı filminin qapalı nümayişi keçirildi.

Tədbirdə bir çox tanınmış KİV nümayəndələri iştirak ediblər. Filmdən əvvəl sponsorlar tərəfindən təşkil olunmuş furşet və fotoçəkiliş qonaqları gözləyirdi. Qonaqlar söhbət edib, BurgerBomb-dan ləzzətli burgerlərin dadır və Yanardağ şərabları ilə tədbirə rəng qatırdılar. 

Filmin əsas rollarını Teron Edgerton, Emma Roberts, Suki Uoterhaus, Kevin Speysi, Keri Elvis canlandırdılar. Tamaşaçılar üçün xüsusi sürpriz ekranda Kevin Speysinın yenidən ekrana dönüşü oldu. 

Filmin rejisoru Ceyms Koks-dur.

Film bir neçə gəncin hekayəsini izah edir, onlar fırıldağa üz tutmağa qərar verir, fırıldağın əlverişli nəticəsi isə gənclərə çox pul vəd edir. Varlanmaq sxeminin real və eyni zamanda ölümcül olduğu bilinir.