Bakıda sevgilisinə qarşı dələduzluq edən şəxsə hökm oxundu


Kriminal 20 İyl 2018 15:10:00 247 0

Bakıda sevgilisinə qarşı dələduzluq edən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Abbasovun cinayət içi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, S.Abbasov Azər Cəlilovdan siqaret alveri etmək adı ilə 112 min manat pul alıb. Bir neçə ay qazanc versə də, sonradan vədinə əməl etməyib.

Digər zərərçəkmişlər Xalidə Quliyeva və Ayrən Quliyeva da eyni məqsədlə S.Abbasova pul veriblər.

Elan olunmuş ittiham üzrə S.Abbasov özünü qismən təqsirli bilib. O, zərərçəkmişlərdən Xalidə Quliyeva və Aytən Quliyevadan aldığı pulları təsdiqləyib. Amma Azər Cəlilovdan qeyd edilən qədər məbləğdə pul almadığını deyib.