Prezident İlham Əliyev Fransanın SADE şirkətinin prezidenti ilə görüşüb
Siyasət 20 İyl 2018 13:15:19 324 0
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub
Bu günAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşüb.
"Report"xəbər verir ki, görüşdə SADE şirkətinin Azərbaycanda “Ağıllı Şəhər” layihəsində və meliorasiya sahəsində fəaliyyətindən məmnunluq ifadə olunub. Patrik Lölo bildirib ki, SADE Azərbaycanda fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.
Prezident İlham Əliyev SADE şirkətinin Azərbaycanda fəaliyyətinin dəstəkləndiyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, meliorasiya sahəsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Mənbə: report.az