"Çavuşoğlunun Azərbaycana səfərinin dəqiq tarixi yaxın günlərdə məlum olacaq"


Siyasət 19 İyl 2018 18:45:00 287 0

"Çavuşoğlunun Azərbaycana səfərinin dəqiq tarixi yaxın günlərdə məlum olacaq"

"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri ilə əlaqədar hazırlıqlar gedir".

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

O bildirib ki, səfir Türkiyədə keçirilən seçkilərdən sonra ilk rəsmi səfərini həyata keçirmiş olacaq: "Səfərin dəqiq tarixi yaxın günlərdə məlum olacaq".