Prezident İlham Əliyev Sercio Mattarellanı "Heydər Əliyev" ordeni ilə təltif edib


Siyasət 18 İyl 2018 21:16:00 220 0

Prezident İlham Əliyev Sercio Mattarellanı "Heydər Əliyev" ordeni ilə təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sercio Mattarellanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella "Heydər Əliyev" ordeni ilə təltif edilsin".